“Artıq Ağdam və Füzuli rayonlarında bütün layihələndirmə işləri tamamlanma üzrədir. Bir çox layihələrin tikinti prosesinə start verilib. Qalanları isə bu ilin ikinci yarısında başlayacaq. Planlaşdırmışıq ki, 2026-cı ilin sonuna qədər Dövlət Proqramı üzrə bütün layihələr icra olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Emin Hüseynov qeyd edib ki bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub:
“Bu il ərzində Ağdam rayonuna, yəni Ağdamın şəhərin ətrafında olan üç kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə biz gələn il nəzərdə tutulan beş məhəllədən dördünə köçə start verməklə, bu işi yekunlaşdırmaqla Ağdam şəhərində 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq", - deyə o, əlavə edib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:19 / 26.02.2025
Emin Hüseynov bu il Ağdama köçürüləcək əhalinin sayını AÇIQLAYIB
Hazırda oxunan: Emin Hüseynov bu il Ağdama köçürüləcək əhalinin sayını AÇIQLAYIB
Hazırda oxunan: Emin Hüseynov bu il Ağdama köçürüləcək əhalinin sayını AÇIQLAYIB
236602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.