Bakıda Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərində qəza baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin qaz təchizatında yaranmış çatışmazlıqla bağlı yerində araşdırmalar aparılıb və kəmərin 12-ci kilometrliyində qəza halının baş verdiyi müəyyən edilib.
Məlumata görə, hazırda təmir-bərpa işləri davam edir.
Bizim.Media