Həmin videoya görə polisə çağırıldılar - VİDEO

Hazırda oxunan: Həmin videoya görə polisə çağırıldılar - VİDEO

236510

Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli qafqazinfo.az-a bildirib ki, həmin şəxslərin yetkinlik yaşına çatmadıqları müəyyən edilib və onlar valideynlərinin iştirakı ilə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və etdikləri hərəkətin insan həyatı üçün olduqca təhlükəli olduğu diqqətə çatdırılıb. Valideynlərə isə övladları üzərində nəzarəti daha da artırmaq tövsiyə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin