Yarım milyon itirən iş adamı: “İcra başçısı olmaq istəmirdim” - FOTO

Hazırda oxunan: Yarım milyon itirən iş adamı: “İcra başçısı olmaq istəmirdim” - FOTO

236508

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəmə araşdırması davam edir.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Qurban Piriyev ifadə verib.

Bu iş üzrə zərər çəkən Piriyev iş adamıdır. O, əvvəllər dövlət qurumlarında da işləyib. Təqsirləndirilən şəxslərlə onu istintaqın əvvəlində intihar edən həmyerlisi Hürü Əmiraslanova tanış edib.

Fotoda: Rasim İldırım



Zərərçəkmiş hakim qarşısında da təsdiq edib ki, o, Bakıdaxili rayonlardan birinə icra başçısı düzəlməsi üçün pul verib. Amma təklif ondan deyil, qarşı tərəfdən gəlib: “Hürü dedi ki, mənim yüksək vəzifələrdə əlim çatan adamlar var. Vəzifəli şəxslərin adını çəkirdilər. Sonradan gördüm ki, hamısı qurama imiş... Açığı, mən heç icra başçısı olmaq istəmirdim. Çünki səhhətim buna imkan vermirdi.

Bütün bu işlərin başında duran Qoşqardır. Məni o yola gətirdi. Onun göstərişi ilə Rasimə pul vermişəm.

Piriyev icra başçısı düzəlmək üçün R.İldırımın adamlarına ümumilikdə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib: “544 min manatlıq ziyanın bu günə kimi bir hissəsini geri qaytarıblar. Şikayətçiyəm, qalan hissənin də tam ödənilməsini tələb edirəm”.

Proses martın 18-i davam edəcək.

Qeyd edək ki, bu işə görə təqsirləndirilən şəxslər üçü də əvvəl həbs edilib. Sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin