Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərləndi

Hazırda oxunan: Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərləndi

236470

Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, fevralın 24-də saat 20:50 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin