"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, "İşçi Masa"sının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Möhyəddin Orucova barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bundan əvvəl də o, 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:40 / 25.02.2025
"İşçi Masası"nın daha bir üzvünə hökm OXUNDU
Hazırda oxunan: "İşçi Masası"nın daha bir üzvünə hökm OXUNDU
Hazırda oxunan: "İşçi Masası"nın daha bir üzvünə hökm OXUNDU
236457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.