Qərbi Azərbaycan Xronikası: Çar Rusiyası Gorusda əhalinin etnik tərkibini məqsədli şəkildə dəyişdirib – VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Çar Rusiyası Gorusda əhalinin etnik tərkibini məqsədli şəkildə dəyişdirib – VİDEO

236435

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Vəkillər Kollegiyasının üzvü, Gorus Rayon İcmasının sədri Etibar Həsənov olub.

O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Gorus rayonundan, uşaqlıq illərini keçirdiyi Şurnuxu kəndindən geniş söhbət açıb. Bildirib ki, Zəngəzur mahalının mərkəzi sayılan Gorus rayonu türklərin tarixi yaşayış məskəni olub.

Onun sözlərinə görə, Çar Rusiyası İrəvan xanlığını işğal etdikdən sonra Qərbi Azərbaycanda, o cümlədən Gorusda əhalinin etnik tərkibini dəyişdirib, Türkiyə və İrandan köçürülən erməniləri məqsədli şəkildə bu ərazidə məskunlaşdırıb. Bununla da həmin rayon ərazisində azərbaycanlılar sıxışdırılıb, tədricən sayları azalıb.

Qeyd olunub ki, Gorusda azərbaycanlı əhalinin sayının azalmasına digər səbəb ötən əsrin əvvəlində daşnakların bu coğrafiyada törətdiyi qətliamlar, soyqırımlar olub. Yerli əhali xilas olmaq üçün İran, Türkiyə və indiki Azərbaycan ərazisinə pənah gətiriblər. 1948-1953-cü illərin deportasiyası zamanı da öz ata-baba yurdundan zorla çıxarılan gorusluların çox az bir qismi sonradan geri qayıda bilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin