Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, nazirlik Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zamanı aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:22 / 25.02.2025
Novruz çərşənbələri ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
Hazırda oxunan: Novruz çərşənbələri ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
Hazırda oxunan: Novruz çərşənbələri ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
236423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.