Buzlaşmaya qarşı hansı tədbirlər görülür?

Hazırda oxunan: Buzlaşmaya qarşı hansı tədbirlər görülür?

236417

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər görülüb.

Bu barədə Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Agentlik gücləndirilmiş iş rejimində çalışmağa davam edib.

“Quruma məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin