Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı

Hazırda oxunan: Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı

236413

Bir müddət əvvəl vəkillik fəaliyyəti dayandırılan Tükəzban Aşurovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə açılmış işə Ağcabədi Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, T.Aşurova vətəndaşdan onun həbsdə olan yaxınını azadlığa buraxdıracağı adı ilə 10 min manat pul alıb.

Məhkəmə fəaliyyəti dayandırılan vəkilin bu maddə üzrə deyil, dələduzluq əməli cinayəti üzrə (178.2.4-cü maddə) cəzalandırılmasına qərar verib. Onun barəsindəki iş 178.2.4-cü maddəyə tövsif edilib və məhkəmənin hökmü ilə 43 yaşlı hüquqşünasa 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

T.Aşurovaya elektron qolbaq tətbiq edilib. Onun üzərinə yaşayış yerindən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri üzrə inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək öhdəlikləri qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin