Fevralın 25-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində şaxtalı hava şəraiti davam edir, gecə saatlarından yağıntılar tədricən kəsilib.
Milli Hidrometerologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 75, Qaxda (Sarıbaş) 50, Altıağacda 34, Lerikdə 58, Şəkidə 29, Qrızda 23, Oğuzda 21, Xaltan, Şamaxı və Daşkəsəndə 20, Neftçalada 18, Şahbuzda 16, Şahdağ və Qəbələdə 15, Göygöl və Yardımlıda 13, İsmayıllı və Lənkəranda 12, Quba və Balakəndə 11, Astara və Gədəbəydə 9, Qobustan , Naxçıvan, Sədərək, Qusar, Göyçay və Ordubadda 7, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində isə 8 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 14, yüksək dağlıq ərazilərdə 21 dərəcəyədək şaxta qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:28 / 25.02.2025
Bakıda 7 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bakıda 7 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bakıda 7 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
236412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.