Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşdı

Hazırda oxunan: Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşdı

236407

Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə tren.az-a Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O bildirib ki, Xocalı faciəsinin 33-ci ildönümü ilə bağlı paytaxtın Xətai rayonunun Xocalı prospektində “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda aparılan hazırlıq işlərinə fevralın əvvəlindən başlanılmışdı.

Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb.

"Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Xocalı parkına gələn küçə və yollarda gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib", - deyə şöbə müdiri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin