“Davam edən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında yollarda gizli buzluluq dərəcəsinin artması müşahidə olunur”.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətini yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsiz şəkildə mənzil başına çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.
“Magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində çevik və operativ tədbirlər görülür, təhlükəsizlik tam təmin edilir. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, şaxtalı havada, xüsusilə də buzlaşma şəraitində enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının artacağı nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidirlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:40 / 25.02.2025
DİN-dən sürücülərə MÜRACİƏT: "Enişli-yoxuşlu yollarda..."
Hazırda oxunan: DİN-dən sürücülərə MÜRACİƏT: "Enişli-yoxuşlu yollarda..."
Hazırda oxunan: DİN-dən sürücülərə MÜRACİƏT: "Enişli-yoxuşlu yollarda..."
236394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.