“Ookla Speedtest Global” təşkilatı bu ilin İyul ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.
Moderator.az xəbər verir ki, 14,39 Mbps orta sürətlə Azərbaycan 133 ölkənin yer aldığı siyahıda 98-ci yerdə qərarlaşıb. Bu göstərici isə qlobal orta sürətdən (46,41 Mbps) 3,3 dəfə azdır. Azərbaycan həm də ötən ayın (iyun) göstəricisinə görə də geriləyib (3 yer).
Təəssüf doğurucu faktadır ki, Azərbaycan həm mobil, həm də geniş zolaqlı internetin sürətinə görə, qonşu ölkələrdən, o cümlədən Ermənistandan geri qalır. Ölkəmizlə həm də informasiya müharibəsi aparan Ermənistanxa0sürətli internetə sahib olmağı ilə Azərbaycandan 23 yer irəlidə - 75-ci yerdə qərarlaşıb. Ermənistanda internetin orta sürəti 21xa0Mbps olaraq qiymətləndirilir.
Bundan başqa Ermənistan mobil internet sürətində də siyahıda bizdən irəlidə qərarlaşıb. Belə ki, Azərbaycanın 23,93 Mbps orta sürətlə 57-ci sırada yer aldığı siyahıda Ermənistan 25,04 Mbps orta sürətlə 55-ci yerdə qərarlaşıb.
Ən sürətli genişzolaqlı internetə Sinqapur (181,47 Mbps) malikdir. İkinci yeri Honkonq (145,65 Mbps), üçüncü yeri isə İslandiya (143,62 Mbps) tutub.xa0
Ən sürətli mobil internetə isə Qətər (62,63 Mbps) malikdir. İkinci yeri Norveç (57,31 Mbps), üçüncü yeri isə BƏƏ (55,17 Mbps) tutub.
Gürcüstanda genişzolaqlı internetin sürəti 17,68 Mbps (86-ci yer), Ukraynada 36,42 Mbps (47-ci yer), Belarusda 31,07 Mbps (54-cü yer), Türkiyə 16,51 Mbps (91-ci yer) təşkil edir. Siyahıdan da görünür ki, Azərbaycan regiondakı əsas ölkələrin hamısından internetin sürətinə görə geri qalır.xa0
Rəqəmələr “Net Index”-in ölkələr üzrə İnternetin sürəti ilə bağlı Reytinq Cədvəlindən (//www.netindex.com) götürülüb.xa0
Qeyd edək ki, “Net Index” dünya ölkələri üzrə İnternetin sürətini müqayisə etməklə məşğuldur.xa0





























































































