Miasteniya (əzələ zəifliyi) xəstəliyi magik təsirdən yaranır - Elmi-lədun araşdırma

Hazırda oxunan: Miasteniya (əzələ zəifliyi) xəstəliyi magik təsirdən yaranır - Elmi-lədun araşdırma

236372
Miasteniya (əzələ zəifliyi) xəstəliyi əksər hallarda 20-40 yaşlar arası (bəzən daha gənc) insanlarda inkişaf edir. Qadınlarda bu xəstəliyə daha tez-tez təsadüf edilir.
Miasteniya tibb emi üçün sirli xəstəlikdir. Bu vaxta kimi onun inkişaf etmə səbəbləri və mexanizmi sona kimi öyrənilməyib.xa0

Xəstəlik tədricən inkişaf edir - insan tez yorulur, zəifləyir, göz qapaqları aşağı düşür, nitq aydın olmur, insanxa0 çeynəyəndə və udanda əziyyət çəkir.

İnsanın istənilən hərəkəti əzələlərlə sinirlərin kollektiv işidir - sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə, lazım olan hərəkətlər edir. Miasteniya zamanı bu prosesdə pozulmalar yaranır ki, nəticədə əzələlər normal işləmir - tez yorulur, insana "qulaq asmır", hətta iflic olur. Səhər oyanandan sonra xəstə özünü tam normal hiss edir, lakin bir neçə saatdan sonra xəstəliyin simptomları meydana çıxmağa başlayır.

Xəstəliyin simptomları arasında:
- patoloji yorğunluq
- ptoz (qöz qapaqlarının enməsi)
- ikiligörmə
- nitqin pozulması və burunda danışma
- udmanın çətinləşməsi və çeynəmə əzələlərinin tez yorulması
- nəfəsalmanın çətinləşməsi (bu xüsusilə təhlükəlidir ki, insanın boğulma nəticəsində həlak olmasına səbəb ola bilər)
- boyun əzələlərin tez yorulması (insan başını düz tuta bilmir, əziyyət çəkir)
- ayaqlarda və qollarda zəiflik.

Bir insanda xəstəliyin bir neçə əlaməti görünə bilər (məsələn, nitqin, çeynəmə və udma proseslərin, nəfəsalmanın pozulması). Bu zədələnmiş əzələlərdə asılıdır. Miasteniya zamanı həmçinin, bədənin bütün əzələləri zədələnə bilər.

Xəstəliyin simptomları gərginlikdən sonra meydana çıxır. Gərginlik artdıqda, xəstənin vəziyyəti daha da pisləşir.xa0

Miasteniyanın ağır formalarında xəstədə kriz vəziyyəti inkişaf edə bilər ki, bu zaman nəfəsalmada iştirak edən əzələlər iflic ola bilər. Bu da xəstənin həlak olmasına səbəb olar.

Miasteniya xroniki proqressivləşən xəstəlikdir. Tibb elmində müalicəsiz sayılan bu xəstəlik ağır pozulmalara - əlilliyə və hətta insanın ölümünə səbəb ola bilər.xa0

Miasteniya xəstəliyinin sirlərixa0 nədir?

Yuxarıda qeyd etdik ki, miasteniyaxa0 tibb elmi üçün sirli xəstəlikdir; onun yaranma səbəbini müəyyən edə bilmir.xa0 Elmi-lədun araşdırmalarımız göstərir ki,xa0 bu xəstəlik magik yolla ötürülən neqativ enerjinin təsirindən yaranır.xa0 Tibb elmi bu sahəyə nüfuz edə bilmədiyindən,xa0 əzələ zəifliyi xəstəliyinin sirlərini aça və onu müalicə edə bilmir. Miasteniyadan əziyyət çəkən pasiyentlərimiz üzərindəxa0 apardığımız araşdırmalar göstərir ki, bu xəstəlik tamamilə müalicə olunandır. Sadəcə, əvvəlcə səbəb (neqativ enerji) aradan qaldırılmalı, sonra müalicə olunmalıdır.xa0 Müayinələrxa0 göstərir ki, xəstəlikdən əvvəl insanda qorxu, həyəcan, qarabasmalar, əsəb, diksinmələr, ağrılarxa0 və s. əlamətlər görünür. Bu əlamətlər neqativ enerjinin orqanizmə daxil olduğunu göstərir.xa0
Bildiyimiz kimi kompyuter insanın alt kopyası olaraq yaradılıb. Odur ki, bu cihazda baş verən bütün proseslər bu və ya digər formada insanda da baş verir (təəssüf ki, insan kompyuteri kəşf etsə də, özünü kəşf edə bilmir). Belə ki, kompyuterə düşən virus oradakı fayl və proqramları necə yeyib dağıdırsa, fəaliyyətini iflic edirsə, neqativ enerji də insanın sinir (beyin) sistemini eləcə yeyib dağıdır və bu sistemi iflic edir (fəaliyyətini pozur).xa0
Yuxarıda qeyd etdik ki, insanın istənilən hərəkəti əzələlərlə sinirlərin kollektiv işidir - sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə, lazım olan hərəkətləri yerinəxa0 yetirir.xa0 Neqativ enerjixa0 sinir sistemini (ağır formada) pozduqda isə, artıq əzələlərə impuls ötürülə bilmir. Nəticədə əzələlər normal işləyə bilmir və beləliklə, miasteniya (əzələ zəifliyi) xəstəliyi yaranır.xa0

Bizim tətbiq etdiyimiz elmi-lədun müalicə metodunun tibbi metoddanxa0 fərqi ondadır ki, biz əvvəlcə səbəbi (neqativ enerjini), sonra nəticəni (xəstəliyi) aradan qaldırırıq.xa0

Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin