Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın ən əxlaqsız insanları belə, tərbiyə və təşviq üsulu bu gün ən çağdaş texnologiyalarla işləməyi bacaran məşhur pedaqoq və müəllimlər üçün də ibrət dərsidir. “Sahihi-Müslim” hədislər kitabında nəqlxa0 olunan zina etmk istəyən bir gəncin-sonradan məşhur səhabə kimi yetişən Cübeybin Allah Rəsulu(s) tərəfindən doğru yola yönəldilməsindən bəhs edənxa0 ibrətamiz bir hekayəti nəzarənizə çatdırırıq:
«Bir gənc Allah Rəsulunun hüzurunaxa0 gəlir və utana-utana:xa0
– Ya Rəsulullah, – deyir. Hislərini dilə gətirməyə cəsarət etmir. Ancaq Rəhmət Nəbisinin şəfqət dolu baxışlarını görüncə ürəklənir və üzü qızara-qızara deyir:xa0
– Zina məsələsində mənə izin verərsənmi?xa0
Onun bu sözünü eşidən digər müsəlmanlar əsəbləşərək gəncin üstünə yeriyir:xa0
–Bunun dediyinə bax! – deyirlər.xa0
Səs-küy bürüyür hər tərəfi. Məsələni həll edən yenə də Rəsulullah olur. Və gənc Cüleybib onu bir az da yaxına çağıran Allah Rəsulunun hüzuruna gəlir. Allah Rəsulu onun başını şəfqətlə sığallayıb yanında oturdur və soruşur:xa0
– Belə bir hərəkətin ananla edilməsini istərsənmi?xa0
Tük ürpədən bir sual idi və Hz.Cüleybib yerindən dik atılaraq:xa0
– Allah (c.c.) məni Sənin yolunda qurban etsin, vallah, xeyr, ya Rəsulullah, – deyir.xa0
Təbii ki, Rəsulullah da bu cavabı gözləyirdi:xa0
– Elə digər insanlar da analarına belə bir münasibəti rəva görməzlər, – deyə cavab verir və ardınca da soruşur:xa0
– Yaxşı, bəs belə bir hərəkətin qızınla edilməsini qəbul edərsənmi?xa0
Heç gözləmədiyi bir sual idi. Gənc Cüleybib utandığından yerə girir və başını qaldırıb:xa0
– Yolunda qurban olum, vallah, yox, ya Rəsulullah, – deyə bilir.xa0
Şəfqət dolu baxışlarını ondan ayırmayan Rəsulullah:xa0
– Heç kim qızı ilə belə bir hərəkətin edilməsini istəməz, – deyir.xa0
Və yenə sual verir:xa0
– Bacınla belə bir hərəkətin edilməsinə razı olarsanmı?xa0
Hər sual ürəyinə ox kimi sancılırdı Cübüybin... Min dəfə peşman olmuşdu və dərhal:
xa0
– Qurbanın olum, vallah, buna da razı olmaram, ya Rəsulullah, – deyir.xa0
Yenə eyni sözləri deyirdixa0 Allah Rəsulu (s.ə.s.):xa0
– Heç kim bacısına qarşı bu cür münasibətə razı olmaz!xa0
Suallar davam edir:xa0
– Kiminsə sənin bibinlə bu cür hərəkət etməsinə razı olarsanmı?xa0
Görünür, ağlı başına gəlməmiş onu buraxmayacaqdı. Eyni zamanda Allah Rəsulu böyük bir ümmətə də dərs verirdi. Hz.Cüleybibin cavabı əvvəlkilərdən fərqlənmir:xa0
– Canım yoluna qurban olsun, xeyr, razı olmaram, ya Rəsulullah!xa0
– Digər insanlar da öz bibiləri ilə bu cür günahın işlənməsinə razı olmazlar! – deyir Allah Rəsulu.xa0
Növbə son sualın idi:xa0
– Bəs,xa0 bu cür günahın sənin xalanla işlənməsinə nə deyərsən?xa0
Cüleybib rəng alıb rəng verirdi. Qəlbində təlatümlər qopurdu. Yaxşı ki, vəziyyəti gəlib Allah Rəsuluna açmışdı. Mübarək üzünə baxır və:xa0
– Xeyr, ya Rəsulullah! Yolunda qurban olum. Belə bir şeyi heç istəyərəmmi? – deyir.xa0
Yenə Son nöqtəni Alah Rəsulu (s.ə.s.) qoyur:xa0
– Heç bir insan xalası ilə belə bir günahın işlənməsini istəməz! Bundan sonra onu özünə daha da yaxınlaşdıran Allah Rəsuluxa0 (s.ə.s.) mübarək əllərini çiyninə qoyur və Hz. Cüleybibə dua edir:xa0
– Allahım! Onun günahlarını Sən bağışla! Qəlbini tərtəmiz və iffətini də məsum eylə! Peyğəmbər duasını alan Hz. Cüleybib o andan etibarən ən namuslu gənclərdən biri olur və Mədinənin ən iffətli insanlarından biri kimi tanınır.
Ancaq digər hekayətlərdən bəlli oldur ki, bundan sonra Peyğəmbərimiz bir addım da atır vəxa0 Hz. Cüleybib üçün qızını ona vermək istəməyən ənsardan birinin qapısını döyür. Və həmin xanımla bu gənci evləndirməyə nail olur....
Sultan Laçın

































































































