Xarici media nümayəndələri ilə BTQ rəhbərliyi arasında görüş keçirildi - FOTO

Hazırda oxunan: Xarici media nümayəndələri ilə BTQ rəhbərliyi arasında görüş keçirildi - FOTO

236338

Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbərliyi arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə iştirakçılara təşkilatın fəaliyyəti, məqsəd və istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
 

Eyni zamanda, son iki il ərzində təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr barədə videoçarx nümayiş olunub.


BTQ-nin rəhbəri Abbas Abbasov son vaxtlar təşkilatın saytına və sosial şəbəkə profillərinə kütləvi kiberhücumlar olduğunu, xarici müdaxilələrin həddindən artıq artdığını bildirib. Bu xüsusda, xarici müdaxilələri əks etdirən və real faktlar əsasında hazırlanmış video jurnalistlərə təqdim edilib.

Görüşdə, həmçinin Fransa rəsmilərinin və bu ölkənin media qurumlarının Azərbaycan və BTQ əleyhinə məqsədli şəkildə səsləndirdiyi qərəzli və qeyri-obyektiv tezislərə cavablar verilib.

A.Abbasov xarici jurnalistlərin səfərinin təşkilinin məqsədlərindən birinin bu qərəzli ittihamların həqiqəti əks etdirmədiyini əyani sübuta yetirmək olduğunu bildirib.

Qeyd edək ki, 12 xarici media nümayəndəsi səfər çərçivəsində çoxsaylı görüşlər keçirəcək və kommunikasiya sahəsində xüsusi təlimlərə cəlb ediləcəklər.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin