“Qobu Park”da YANĞIN: Sakinlər təxliyə olundu - VİDEO

Hazırda oxunan: “Qobu Park”da YANĞIN: Sakinlər təxliyə olundu - VİDEO

236336

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin