DİQQƏT: İnternetlə bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ

Hazırda oxunan: DİQQƏT: İnternetlə bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ

236335

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətlərindən istifadə edən vətəndaşları istifadə etdikləri “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırıb.

İKTA-dan Bizim.Media-ya bildirilib ki, GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə yüksəksürətli internetdən tam yararlanmaq üçün düzgün “Wi-Fi” modem və ya marşrutlayıcının (Router) seçimi vacibdir.

“Bir çox istifadəçi internetin zəif işlədiyini düşünür, lakin problem internet xidmətində deyil, istifadə olunan köhnə və ya uyğun olmayan “Wi-Fi” avadanlığında ola bilər. İstifadəçilərə internetin keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə ən son texnoloji tələblərə cavab verən 5-ci və 6-cı nəsil (“Wi-Fi 5” və “Wi-Fi 6”) modem və marşrutlayıcılardan (Router) istifadə etmələri tövsiyə olunur. Belə ki, əgər abunəçinin GPON internet tarifi üzrə sürəti 100 Mbps ətrafındadırsa, ən azı “Wi-Fi 5” modemi istifadə etməsini, eləcə də daha yüksək performans, daha az gecikmə və eyni anda daha çox cihaz dəstəyi üçün isə “Wi-Fi 6” seçim etməsi məqsədəuyğundur.

Həmçinin avadanlıq seçimi edərkən onun hansı məkanda istifadə edilməsinə diqqət yetirilməli, eyni zamanda internetin istifadə məqsədləri də nəzərə alınmalıdır. Belə ki, yüksəkkeyfiyyətli videolara baxmaq, onlayn videooyunlar, sosial şəbəkələrdəki və internet üzərində olan canlı yayımlar, konfranslar üçün bəzi hallarda artıq “Wi-Fi 4” cihazları kifayət etmir.

Əgər daha yüksək sürət, gecikmənin az olması, həmçinin böyükölçülü “Smart TV”, onlayn oyunlar, HD, 4K və daha keyfiyyətli canlı izləmələr istifadə olunan hallar, həmçinin eyni anda daha çox cihazın qoşulmasını təmin etmək üçün “Wi-Fi 5” və ya “Wi-Fi 6” cihazlarının istifadəsi tövsiyə olunur. Eləcə də “dual-band Wi-Fi” tipli son istifadəçi cihazlara üstünlük verilməsi daha faydalı ola bilər”, - deyə İKTA-nın məlumatında bildirilir.

“Wi-Fi” modemini seçmək və “Wi-Fi 5” və “Wi-Fi 6” arasındakı fərqləri anlamaq üçün aşağıdakı təlimat təqdim edilib:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin