Hər il olduğu kimi, bu il də cari ilin şagirdləriylə yanaşı, əvvəlki illərin məzunları da buraxılış imtahanında iştirak edəcəklər.
Buna görə də ötən illərin abituriyentlərində də imtahan sualları, qəbul prosesi, nəticələrlə bağlı müxtəlif fikirlər var.
Bizim.Media-ya açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, bu ilki buraxılış imtahanları keçən ilə nisbətən çətin, amma son 3-4 illə müqayisədə isə eyni səviyyədə olacaq.
Ekspertin sözlərinə görə bu il əvvəlki illərin məzunları üçün müəyyən çətinliklər ola bilər:
“Əvvəlki illərin məzunları üçün imtahanın əsas çətinliklərindən biri tədris proqramlarında müəyyən dəyişikliklər və imtahan modelinin dəyişməsi ola bilər. İmtahan suallarının çətinləşməsi məzunları qorxutmamalıdır, bu zaman təbii olaraq keçid balları aşağı düşür. İstənilən halda isə abituriyentlər qabiliyyət imtahanını çıxmaq şərti ilə minimal 50 balı toplamalıdırlar”.
“İmtahanların çətin olması subbakalavrlar üçün şans yaradır”
“Buraxılış və qəbul imtahanlarının çətin olması yalnız subbakalavrlar üçün əlavə şanslar yaradır. Ona gorə düşünürəm ki, bu il subbakalavrlar üçün ən uğurlu illərdən biri ola bilər”, - deyə Cahid İmanlı sonda bildirib.
Qeyd edək ki, əvvəlki illərin məzunları 6 aprel tarixində buraxılış imtahanında iştirak edəcəklər.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 25.02.2025
Əvvəlki illərin məzunlarının DİQQƏTİNƏ - Buraxılış imtahanlarının sualları ilə bağlı YENİLİK
Hazırda oxunan: Əvvəlki illərin məzunlarının DİQQƏTİNƏ - Buraxılış imtahanlarının sualları ilə bağlı YENİLİK
Hazırda oxunan: Əvvəlki illərin məzunlarının DİQQƏTİNƏ - Buraxılış imtahanlarının sualları ilə bağlı YENİLİK
236311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.