"SalamNews" informasiya agentliyi və "İnterAz"ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mətləb Bağırov üç il Jurnalistika və Kütləvi İnformasiya Vasitələri sahəsində fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Mətləb Bağırovun vəkili çıxışında deyib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib:
"Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin".
Xatırladaq ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov 2023-cü ilin yanvar ayının 30-da həbs olunub.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:38 / 24.02.2025
"İnterAz"ın rəhbəri Mətləb Bağırova 12 il HƏBS CƏZASI VERİLDİ
Hazırda oxunan: "İnterAz"ın rəhbəri Mətləb Bağırova 12 il HƏBS CƏZASI VERİLDİ
Hazırda oxunan: "İnterAz"ın rəhbəri Mətləb Bağırova 12 il HƏBS CƏZASI VERİLDİ
236262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.