Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mikayıl Bəşirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, 26 avqust 2024-cü il tarixdə, saat 20:30 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində “çay yolu” və ya “qəbiristanlıq yolu” kimi adlanan yolun kənarında yerləşən meyvə bağı sahəsində qeydə alınıb.
Belə ki, rayonun Zərdabi qəsəbəsi sakini, 2007-ci il təvəllüdlü Mikayıl Bəşirov onunla eyni qəsəbədə yaşayan tanışı, zərərçəkmiş Babək Tağıyevlə (şərti) mübahisə edib. Buna səbəb zərərçəkmişin “İnstagram” sosial şəbəkəsində onun sevgilisinə yazıb tanışlıq təklif etməsi olub.
Eyni zamanda Mikayıl təqsirləndirilən şəxsin sevgilisinin rəfiqəsinə onun arxasınca danışıb barəsində gözdən salan ifadələr işlədib. Söhbət zamanı Mikayıl zərərçəkmiş şəxsin əvvəlcə sifət və sağ gicgah nahiyəsinə yumruq zərbəsi ilə iki dəfə, sonra baş nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə, daha sonra isə özü ilə gətirib üzərində saxladığı mətbəx bıçağı ilə qarın nahiyəsinin iki dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Mikayıl Bəşirov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, Mikayıl Bəşirov Qubada məktəblərin birində 11-ci sinifdə oxuyur.
Bizim.Media