Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlər ilk dəfə Azərbaycana gəldi

Hazırda oxunan: Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlər ilk dəfə Azərbaycana gəldi

236213

Fransa müstəmləkəçiliyi əsarətində olan ərazilərdə fəaliyyət göstərən media mənsublarının ilk dəfə Azərbaycana səfəri başlayıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, iki günlük səfərin təşkilində əsas məqsəd Fransız müstəmləkəçiliyi altında yaşayan müxtəlif regionlardan fəaliyyət göstərən 12 media nümayəndəsinə kommunikasiya üzrə xüsusi təlimin təşkil edilməsi və yerli KİV nümayəndələri ilə təcrübə mübadiləsinin təşkil edilməsidir.
 

Xarici media mənsubları həmçinin Azərbaycanın beynəlxalq səviyyədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində qlobal mövqeyi, Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti, habelə müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərilən dəstəklə əyani tanış olacaqlar.


Eyni zamanda kolonializm siyasətinin fəsadları haqqında dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması üzrə birgə əməkdaşlıq imkanları araşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin