"Manatlıq" taksilər 10 manatlıq oldu

Hazırda oxunan: "Manatlıq" taksilər 10 manatlıq oldu

236188

Bir neçə gündür davam edən soyuq və qarlı hava şəraiti taksilərin də qiymətinə təsir edib.

Bizim.Media ajans.az-a istinadən xəbər verir ki, qiymət dəyişikliyi təkcə taksi şirkətlərində müşahidə edilmir.

Marşrut avtobuslarının olmamasından istifadə edən "manatlıq" taksi sürücüləri adi günlərdə Bakıətrafı qəsəbələrə 1-2 manata sərnişin aparırdılarsa, hazırda fərqli istiqamətlərdə bu qiymət 5-10 manat arasındadır.

Məsələn, Azadlıq metrosundan Mehdiabad, Fatmayı, Novxanı istiqamətində hərəkət edən taksilər "fürsətdən" yararlanaraq qiyməti 10 manata qədər qaldırıblar.

Sürücülərin bu cür fürsətdən istifadə edərək süni qiymət artımı etmələri sərnişinlərin narazılığı ilə qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin