Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkarlandı

Hazırda oxunan: Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkarlandı

236179

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Qarabağlı kəndi ərazisində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Bizim.Media xəbər verir ki, araşdırma zamanı sözügedən ərazidə ağacların qanunsuz olaraq Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin