“Sünnət əslində lazerlə icra olunmur. Bu elektrokoterə xalq arasında verilən addır. Elektrokoterin lazer adlandırılan monopolyar növü əslində təhlükəlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə “Baku TV”də yayımlanan, Turanə Rəsulovanın aparıcısı olduğu “BakuMed” verilişində qonaq olan uşaq urologiyası uzmanı Pərviz Hacıyev məlumat verib.
Həkim qeyd edib ki, monopolyar koterin yandırma dərəcəsi yüksək olarsa, bu həm sünnət dərisinə, həm də cinsiyyət üzvünə ciddi zərər verə bilər:
“Biz lazer adlandırılan sünnət növünü məsləhət görmürük. Təəssüf ki, elektrokoterlə icra olunan sünnət xətaları, yanıqlarla tez-tez qarşılaşırıq”, - deyə Pərviz Hacıyev əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:27 / 23.02.2025
Uroloqdan lazerlə sünnətin təhlükələri ilə bağlı XƏBƏRDARLIQ – VİDEO
Hazırda oxunan: Uroloqdan lazerlə sünnətin təhlükələri ilə bağlı XƏBƏRDARLIQ – VİDEO
Hazırda oxunan: Uroloqdan lazerlə sünnətin təhlükələri ilə bağlı XƏBƏRDARLIQ – VİDEO
236168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.