“4 iyun bundan sonra Azərbaycanda peşə fəaliyyətini həyata keçirən zaman həlak olan jurnalistlərin günü kimi qeyd olunsun”.
Bu təkliflə Bizim.Media-ya Rusiya Xalqlar Dostluğu universitetinin dosenti, filologiya elmləri namizədi, jurnalist Anar Həsənov ötən gün Kəlbəcərdə peşə vəzifəsini yerinə yetirərkən minaya düşən jurnalistlərin ölümündən danışarkən çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ uğrunda şəhid olan JURNALİSTLƏR - SİYAHI
Onun sözlərinə görə belə bir gün dünya təcrübəsində də var:
“İstərdim ki, AZƏRTAC və AzTV müxbirlərinin xatirəsinə hörmət əlaməti olaraq mükafat təsis etsin. Bu mükafat hər il böhran vəziyyətini işıqlandıran (mitinq, müharibə, müəyyən təbii kataklizmaların baş verdiyi ərazilərdə) jurnalistlərə təqdim edilsin.
Əslində biz bunu çoxdan etməliydik. Əfsuslar olsun ki, bunu edə bilməmişik. Bizim xeyli sayda - Salatın Əsgərova, Çingiz Mustafayev, Osman Mirzəyev, Alı Mustafayev və s.. jurnalistlərimiz həlak olub. Niyə Azərbaycanda bu gün olmasın?”
Anar Həsənovun fikrincə, bu günü qeyd etməklə həm dünyasını dəyişən jurnalistlərin xatirəsinə hörmət etmiş, həm də Azərbaycanda münaqişə jurnalistikasının inkişafına kömək etmiş oluruq:
“Ən əsası isə Ermənistan-Azərbaycan müharibəsinin fəsadlarını və iç üzünü dünyaya çatdırmış oluruq”, deyə o, əlavə edib.
Alçina Amilqızı, Bizim.Media