Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.
Mənzillər və bina yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:56 / 23.02.2025
Binəqədidə yataqxanada yanğın oldu - VİDEO
Hazırda oxunan: Binəqədidə yataqxanada yanğın oldu - VİDEO
Hazırda oxunan: Binəqədidə yataqxanada yanğın oldu - VİDEO
236149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.