Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan iki nəfərdən biri, 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün sudan çıxarılıb.
Bizim.Media xəbər verir ki, onun cansız bədəni FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:36 / 23.02.2025
Kürdə batan iki nəfərdən birinin meyiti tapıldı
Hazırda oxunan: Kürdə batan iki nəfərdən birinin meyiti tapıldı
Hazırda oxunan: Kürdə batan iki nəfərdən birinin meyiti tapıldı
236146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.