Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən mətbuat katibi Ömər Xıdırov AZƏRTAC-a bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür.
1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
2. Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;
3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yolda hər iki istiqamətdə sıxlıq var;
4.Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:10 / 23.02.2025
Sürücülərin nəzərinə: Bakıda bu yollar sürüşkəndir - SİYAHI/FOTO
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bakıda bu yollar sürüşkəndir - SİYAHI/FOTO
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bakıda bu yollar sürüşkəndir - SİYAHI/FOTO
236135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.