Fevralın 23-də saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi
Qurumdan bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
Bizim.Media