Bakıda qarlı və şaxtalı hava davam edir – FAKTİKİ HAVA

Hazırda oxunan: Bakıda qarlı və şaxtalı hava davam edir – FAKTİKİ HAVA

236077

Fevralın 23-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, fevralın 23-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində eyni zamanda Bakıda və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

DYP sürücülərə müraciət etdi


Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 62, Qaxda (Sarıbaş) 50, Şəkidə 39, Qəbələ və Balakəndə 22, Kəlbəcər, Yardımlı, Daşkəsən və Şahbuzda 20, Qrız, Oğuz və Gədəbəydə 19, Lənkəran, Şahdağ və Naxçıvanda 16, Astarada 15, Neftçalada 14, Biləsuvar, Göygöl və Şuşada 12, Qobustan və Sədərəkdə 11, İmişli və Zərdabda 7, Cəlilabad və Göyçayda 6, Ağdam, Mingəçevir və Qubada 5, Ceyrançöl, Füzuli və Kürdəmirdə 4, Tovuz, Yevlax, Tərtər və Qusarda 3, Gəncə, Bərdə və Ağstafada 2, Goranboy, Naftalan, Ordubad, Şəmkir və Şərurda 1, Bakıda və Abşeron yarımadasında 6 sm-dir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində qarlı hava şəraitinin fevralın 24-ü gündüzədək davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin