Bakıda avtomobil alıcısı alverçilərin "qurbanı" oub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Alverçidən "Chevrolet Cruze" alan avtomobil sahibi yaranan texniki nasazlıqla əlaqədar ustaya müraciət edib. Məlum olub ki, avtomobilin mühərrik və yanacaq sistemindəki nasazlığı bildirən işarələrin üstü gizlədilib.
Belə ki, "check engine" işığı yanmasın deyə alverçi onun üstünü bağlayıb.
Xatırladaq ki, "Check engine" işığı (mühərrik yoxlama işığı) avtomobilin idarəetmə sistemində hər hansı bir problemin olduğunu bildirən xəbərdarlıq işığıdır. Bu işıq yanarsa, avtomobilin mühərrik, emissiya və ya elektron idarəetmə sistemlərində nasazlıq ola bilər. Problemin ciddi və ya kiçik olduğunu dəqiq öyrənmək üçün diaqnostik cihazdan istifadə etmək lazımdır.
Bizim.Media