Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Bizim.Media