Qazaxda narkokuryerlər SAXLANILDI: Beş kiloqram narkotik dövriyyədən çıxarıldı - FOTO

Hazırda oxunan: Qazaxda narkokuryerlər SAXLANILDI: Beş kiloqram narkotik dövriyyədən çıxarıldı - FOTO

236018

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin