Balakəndəki yanğının TƏFƏRRÜATLARI - FOTO

Hazırda oxunan: Balakəndəki yanğının TƏFƏRRÜATLARI - FOTO

235923

Balakənin Katex kəndində baş verən yanğının bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Katex kənd sakini Ruslan Balammədova məxsus, 4 otaqlı ümumi sahəsi 200 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün xeyli sayda teznika və canlı qüvvə cəlb edilib.

Lakin yanğını söndürmək mümkün olmayıb. Nəticədə kənd sakinin evi yanıb, əşyaların bir hissəsi çıxarıla bilib.

İlkin məlumatlara əsasən yanğına səbəb mənzildəki qaz sobasının boru hissəsinin alışması olub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin