Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin məlumatında qeyd edil məlumata istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.
Belə ki, GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170 - Çağrı mərkəzi”nə zəng edə, ərazi üzrə xidmət göstərən Xocalı şöbəsinə (ünvan: Xocalı rayonu, Əsgəran qəsəbəsi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km-dən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlər çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:50 / 21.02.2025
Xocalıda məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə TƏMİN EDİLDİ - FOTO
Hazırda oxunan: Xocalıda məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə TƏMİN EDİLDİ - FOTO
Hazırda oxunan: Xocalıda məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə TƏMİN EDİLDİ - FOTO
235903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.