Köhnə binalarda yaşayanların DİQQƏTİNƏ: Bu ödənişlərin yığılması QANUNSUZDUR

Hazırda oxunan: Köhnə binalarda yaşayanların DİQQƏTİNƏ: Bu ödənişlərin yığılması QANUNSUZDUR

235846

Köhnə binalarda xüsusilə “Stalinka” layihəli binalarda yaşayan sakinlərdən Mənzil İstismar Sahələri tərəfindən “zibil pulu” ilə yanaşı “istismar yığımı” adlanan əlavə ödəniş tələb olunur. Bu ödəniş yalnız nağd şəkildə qəbul edilir, bank vasitəsilə ödənilmir.

Bəs, “istismar yığımı” nə üçündür?
 

MÖVZU İLƏ BAĞLI:

Bina və fərdi evlərlə bağlı qaydalar DƏYİŞDİ 


Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı deyib ki, belə bir yığımın mənası və məqsədi aydın deyil:

“Çünki qanunvericilikdə belə bir yığım növü nəzərdə tutulmayıb. İcra Hakimiyyətləri bunu hansısa daxili qərarlamı və yaxud təlimatlamı həyata keçirdiklərini deyə bilmərəm. Üstəlik, bu ödənişlər nağd qaydada həyata keçirilir. Bu da doğru deyil. Amma bu məsələ bütövlükdə problem olaraq qalır. Bu da ondan irəli gəlir ki, köhnə binaların idarəçilik məsələsi hələ də açıqdır. Bu məsələ tamamilə nəzarətdən kənardadır.

Nəzərə alaq ki, mənzil istismar sahələrinin fəaliyyəti hər hansı bir qanunla yox, keçmişdən qalma ənənə ilə tənzimlənir.

Mənzil fondunun saxlanılması üçün büdcədən icra hakimiyyətlərinə ayrılan vəsait də yetərli deyil. Bu mənada köhnə yaşayış fondunun idarə edilməsi ilə bağlı vəziyyət olduqca narahatvericidir”.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin