Bakıda qarlı, küləkli hava səbəbindən sınan ağaclar operativ şəkildə götürülüb.
Bu barədə Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
Geçə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib”.
Surxay Atakişiyev, Bizim.Media