11-ci siniflərin NƏZƏRİNƏ: Buraxılış imtahanı ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: 11-ci siniflərin NƏZƏRİNƏ: Buraxılış imtahanı ilə bağlı MÜHÜM AÇIQLAMA

235821

Bildiyimiz kimi, 11-ci sinifin buraxılış imtahanına az vaxt qalıb. Hətta 2 mart tarixində keçiriləcək imtahanda iştirak edəcək tələbələr artıq buraxılış vərəqlərini çap ediblər. Abituriyentlər buraxılış imtahanını verdikdən sonra blok imtahanlarına hazırlıqlara davam edəcəklər. Blok imtahanının buraxılış imtahanından fərqlərindən biri də budur ki, blok imtahanına II cəhd olduğu halda buraxılış imtahanına yoxdur. 

Ancaq II cəhd imtahanının yaxşı tərəfi odur ki, balından razı olmayan abituriyentlər müəyyən ödəniş ödəməklə bu imtahanda iştirak edə bilərlər. Buna görə də bəziləri düşünür ki, buraxılış imtahanına da II cəhd olsaydı, yaxşı olardı.                                                           
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlərin NƏZƏRİNƏ – İmtahan sualları ilə bağlı YENİLİK var


Bizim.Media məsələylə bağlı təhsil eksperti Elşən Qafarovun fikirlərini öyrənib. Elşən Qafarov bildirib ki, buraxılış imtahanları yekun attestasiya olduğu üçün II cəhd imtahanı ola bilməz:

“Buraxılış imtahanları Nazirlər Kabinetinin 12 Dekabr 2016-cı il tarixli 498 nömrəli  qərarıyla müəyyən edilmiş ümumtəhsil məktəblərində  yekun attestasiya qaydalarına uyğun olaraq yekun attestasiyadır. Bu  həmin qərarda aşkar şəkildə göstərilib ki, dövlət hesabına keçirilir, blok imtahanı isə abituriyentin öz şəxsi hesabına keçirilir”.

Elşən Qafarov bildirib ki, buraxılış imtahanları ödənişli ola bilməz. Blok imtahanları isə yekun attestasiyaya daxil deyil, DİM tərəfindən müəyyən edilir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin