Astaradakı yanğında ölənlərin və xəsarət alanların kimliyi BİLİNDİ

Hazırda oxunan: Astaradakı yanğında ölənlərin və xəsarət alanların kimliyi BİLİNDİ

235794

Astarada yanğın zamanı ölən uşaqların və xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın zamanı 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq ölüb.

25 yaşlı Rəfiqə Mirzəyeva və 30 yaşlı Xətai Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xatırladaq ki, Astarada iki mərtəbəli evdə yanğın baş verib. Hadisə gecə saatlarında rayonun Kijəbə ərazi vahidliyinə daxil olan Burzubənd kəndində baş verib. Yanğın zamanı iki uşaq həyatını itirib. Onların aşağı mərtəbədə olduğu bildirilib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin