Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.
Bu barədə Bizim.Media-ya AZAL-dan bildirilib.
Qeyd edilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülməkdədir.
Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:55 / 21.02.2025
AZAL qeyri-sabit hava ilə əlaqədar MƏLUMAT YAYDI
Hazırda oxunan: AZAL qeyri-sabit hava ilə əlaqədar MƏLUMAT YAYDI
Hazırda oxunan: AZAL qeyri-sabit hava ilə əlaqədar MƏLUMAT YAYDI
235781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.