Şimal-Qərb bölgəsində qar fəsadlar yaratdı - FOTO/VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində qar fəsadlar yaratdı - FOTO/VİDEO

235765

Kiçik çillənin son günlərində ölkəmizdə eləcə də şimal-qərb bölgəsində iki gündür qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala rayonlarında bu gün səhər saatlarından başlayaraq qar yağır.

Qar səhər saatlarında əsasən bölgənin dağlıq ərazilərinə yağsa da axşam saatlarından başlayaraq bütün bölgəni əhatə edib.

Hazırda Qax-Şəki istiqamətində hərəkət edən bölgə müxbirimizin verdiyi məlumata əsasən, güclü qar yağmaqda davam edir, xüsusən çaylar üzərindəki körpülər buz bağlayıb və oradan hərəkət çətinləşib.

Hazırda bölgə rayonlarında temperatur -2, -3 dərəcə təşkil edir. Lakin gecə saatlarına doğru temperaturun -10 dərəcəyə qədər enməsi gözlənilir.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin