Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə TƏLTİF EDİLDİ - FOTO

Hazırda oxunan: Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə TƏLTİF EDİLDİ - FOTO

235760

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.

Nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.

Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.

Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin