Qarlı hava şəraiti paytaxtda yol qəzalarına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qəza şahidləri bildiriblər ki, yolların buz bağlaması və sürüşkənliyi səbəbindən Yasamalda hərəkətdə olan bir neçə minik avtomobili dəmir maneəyə çırpılıb.
Həmçinin Əcəmidə, Hüseynbala Əliyev 56 ərazisində qəza olub, nəticədə avtomobilin dəydiyi işıqfor aşıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media