Qarlı və küləkli hava ilə əlaqədar sürücülərə MÜRACİƏT EDİLDİ

Hazırda oxunan: Qarlı və küləkli hava ilə əlaqədar sürücülərə MÜRACİƏT EDİLDİ

235753

Hazırda müşahidə edilən güclü külək və qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarında qəzaların baş verəcəyi (svetoforların vurulması ilə nəticələnən qəzalar da daxil) və nəqliyyat sıxlığının yaranacağı istisna edilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində qeyd edilib.

Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkəti, yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və texniki heyətin sayı artırılıb.

Operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin