Kürdəmirdə avtomobil su kanalına düşdü - İki fermer öldü - FOTO

Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına düşdü - İki fermer öldü - FOTO

235736

Kürdəmirdə avtomobil su kanalına düşüb, iki nəfər ölüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, fermerlər “Mitsubishi” markalı avtomaşınla taxıl sahəsindən qayıdarkən avtomobil kənd ərazisində olan su kanalına düşüb. Nəticədə avtomobildə olan sürücü Elşən Hacıyev və onun sərnişini olan Əhmədov Cabir Yolçu oğlu elə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Ölənlərdən Elşən Hacıyevin meyiti sudan çıxarılıb, digər sərnişinin meyitinin isə sudan çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.

Hazırda fakt araşdırılır.





Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin