Bu il yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkilərində Qusar rayonu üzrə seçilənlər artıq müəyyənləşib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov yeni seçilən bələdiyyə sədrləri ilə görüş keçirib.
İcra başçısı, aparatın məsul işçiləri, bələdiyyə sədrləri və müavinlərinin iştirakı ilə baş tutan görüşdə yeni tərkibdə yaradılan bələdiyyələrin qarşısında duran vəzifələr, görülməsi zəruri olan işlər müzakirə edilib.
S. Məmmədxanov 2024-cü ilin 18 oktyabrında Qusar rayonu üzrə mövcud 29 bələdiyyənin 10 bələdiyyədə birləşdiyini diqqətə çatdırıb.
Qusar şəhər bələdiyyəsinin sədri Təlim Yarmətov bütün bələdiyyə sədrləri adından çıxış edib. O bildirib ki, yeni seçilmiş bələdiyyə sədrləri olaraq, seçicilərin etimadını üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməklə doğruldacaqlar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.