Üç avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

Hazırda oxunan: Üç avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

235723

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Suraxanı rayonunu “Neftçilər” metrostansiyası ilə əlaqələndirən 66 nömrəli şəhərdaxili, Şonqar qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə birləşdirən 126 nömrəli, eləcə də Binə və Mərdəkan qəsəbələrini əlaqələndirən 340 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, 66 nömrəli şəhərdaxili və 340 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 126 nömrəli şəhərətrafı marşrut üzrə “BMH” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin