Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib. Eyni zamanda məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd olunmadığı məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb.
Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib. Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 20.02.2025
Bakıda mənşəyi məlum olmayan qidalar aşkarlandı - FOTO
Hazırda oxunan: Bakıda mənşəyi məlum olmayan qidalar aşkarlandı - FOTO
Hazırda oxunan: Bakıda mənşəyi məlum olmayan qidalar aşkarlandı - FOTO
235719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.